AZ

Azərbaycandan Serbiyaya indiyədək ixrac olunan qazın həcmi açıqlanıb

Bakı. Trend:

Azərbaycan 2024-cü ilin yanvarından etibarən Serbiyaya təbii qaztədarükünə başlayıb, indiyədək təxminən 300 milyon kubmetr qazixrac olunub.

Trend xəbərverir ki, bunu Azərbaycanın maliyyə naziri Sahil Babayev bu günSerbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikası iləSerbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrəHökumətlərarası Komissiyanın IX iclası və Azərbaycan-Serbiya biznesforumunda bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın Dövlət Neft Fondu Serbiyada72,7 milyon ABŞ dolları həcmində investisiya portfelinə malikdir:“Həmçinin Niş şəhərində 500 meqavat gücündə kombinə olunmuşqaz-turbin elektrik stansiyasının inşası üzrə SOCAR, EPS vəSrbijagas şirkətlərinin əməkdaşlığı tərəflərin enerjitərəfdaşlığını yeni mərhələyə daşıyacaq”.

Seçilən
104
az.trend.az

1Mənbələr