AZ

Aİ ABŞ-nin sanksiyalarına görə sevinir

Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsini bəyənir. 

NOCOMMENT.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə bildirib.

“Biz həmçinin ABŞ-dən sanksiyalarla bağlı siqnalları görməkdən çox xoşbəxtik. Düşünürəm ki, bu, güc və birlik barədə mühüm siqnaldır”, – o deyib.

Kallas xatırladıb ki, Aİ oktyabrın 23-də Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini, eləcə də Rusiyanın xaricdəki dondurulmuş aktivləri hesabına maliyyələşdirilməsi gözlənilən Ukraynaya “təzminat krediti” nin planlaşdırılmış müzakirəsini elan edib.

Qeyd edək ki,oktyabrın 23-nə keçən gecə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiya əleyhinə üç qanun layihəsini qəbul edib:

• Moskvanın Pekinlə əlaqələrinin əleyhinə yönəlmiş (“STOP Russia and China Act”) qanun layihəsi;

• Rusiyanın suveren aktivlərinin Ukraynanın maraqları naminə istifadəsini sürətləndirmək üçün nəzərdə tutulmuş REPO proqramının həyata keçirilməsi haqqında qanun layihəsi;

• Rusiya dövlətinin terrorizmin sponsoru kimi tanınması haqqında qanun layihəsi. Bu, dövlət katibi Marko Rubiodan ölkəyə belə status verilməsinin lazım olub-olmadığını qiymətləndirməsini tələb edir.

Xatirə SADİQ

Seçilən
37
nocomment.az

1Mənbələr