AZ

Bakı Dövlət Universitetində “ALCO” MMC nin əməkdaşları ilə görüş olub

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi və “ALCO” MMC-nin əməkdaşları arasında görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Mərkəzin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova həyata keçirilən layihə və proqramlardan söz açıb. O bildirib ki, işəgötürənlərlə əlaqələr genişləndirilir, şirkətlərin təklif etdiyi vakansiya, təcrübə, təqaüd və könüllülük proqramları tələbə və məzunlara təqdim olunur.

“ALCO” MMC-nin Rəsmiləşdirmə şöbəsinin müdiri Sadiq Əsgərov isə şirkətin fəaliyyət istiqamətləri, insan resursları siyasəti və gənc mütəxəssislərin inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verib. O, tələbələrin real istehsalat prosesində iştirak etməklə praktiki bilik və bacarıqlara yiyələnəcəyini və bunun onların əmək bazarına hazırlıqlı şəkildə daxil olmasına şərait yaradacağını vurğulayıb.

Görüşdə BDU-nun Kimya, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrinin tələbələri üçün təcrübə və təqaüd proqramlarının həyata keçirilməsi, eləcə də təcrübə proqramlarında fərqlənən tələbələrin gələcəkdə “ALCO” MMC-də işlə təmin olunması imkanları müzakirə edilib.

Sonda tərəflər gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, tələbələrin peşəkar inkişafına xidmət edən birgə layihələrin təşkil olunması barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
azertag.az

1Mənbələr