AZ

Bakı və Yerevan arasında birbaşa uçuş olub

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bakı və Yerevan arasında birbaşa uçuş olub.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, Youtube kanalımızda baxın.

Bakı və Yerevan arasında həyata keçirilmiş nadir uçuşlardan olan bu reys Azərbaycan və Ermənistan arasında dialoq yaratmaq səyləri fonunda simvolik addım kimi dəyərləndirilir.

İddia olunur ki, çərşənbə axşamı günü AZAL-ın həyata keçirdiyi birbaşa uçuşda bir qrup ekspert olub.

Onlar iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri arasında görüş məqsədilə Yerevana aparılıb, Azərbaycan mediası belə bu görüşün baş tutduğunu yazıb.

Azərbaycan Hava Yolları Şirkəti bu uçuşu BBC-yə nə təsdiq, nə də təkzib edib.

FlaghtRadar izləmə sisteminə görə, təyyarə yerli vaxtla saat 16:01-də Ermənistanın Zvartnost Hava limanına enib. Zvartnost Aeroportundan BBC News Azərbaycancaya bu barədə məlumat verə bilməyəcəklərini deyiblər.

Flightradar-ın məlumatına görə, 1 saat 2 dəqiqə çəkən uçuş zamanı 482 kilometr məsafə qət edilib.

Flight Radarın saytında təyyarənin Bakıdan Gürcüstanın Rustavi şəhərinə tərəf istiqamətləndiyi, ordan isə Azərbaycanın hava məkanına qayıdaraq, Yerevana doğru uçduğu görünür.

Uçuş üçün 4K-ASG qeydiyyatlı Gulfstream G650 təyyarəsindən istifadə olunub, Flightradar yazıb.

Bunun xüsusi diplomatik uçuş olduğu iddia edilir. Hazırda ölkələr arasında sərişin daşınması həyata keçirilmir.

Sərnişinlər Bakı və Yerevan arasında səyahət etmək üçün bir və ya bir neçə dəfə uçuş dəyişdirməlidirlər.

Flight Radar-a görə iki ölkə arasında uçuşlar bununla bitmir. İzləmə sisteminin saytında Bakı və Yerevan arasında daha bir reys görünür.

Məsələn, bu gün yerli vaxtla axşam saat 10-da Yerevandan Bakıya doğru uçuşun olacağı qeyd olunub.

Seçilən
100
bbc.com

1Mənbələr