AZ

Bavariya Milan ın rekordunu yeniləməyə yaxındır

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyanın "Bavariya" klubu mövsümün startında bütün yarışlarda ardıcıl 12 qələbə qazanaraq Bundesliqa rekordu müəyyənləşdirib.

Oxu.Az "Opta Sports" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisi bu göstəricidə "böyük beşlik" çempionatlarında yalnız "Milan"dan geri qalır. İtaliya klubu 1992/93 mövsümünün başlanğıcında ardıcıl 13 oyunda qələbə qazanmaqla rekord vurub.

Xatırladaq ki, "Bavariya" Bundesliqada 7 turdan sonra 21 xalla turnir cədvəlində vahid liderdir. Almaniya təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində isə hər 3 görüşdə qələbə qazanaraq, liderlər qrupunda yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
oxu.az

1Mənbələr