Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işəqəbulu üzrə test imtahanı başa çatıb. İmtahanda ümumilikdə 4371namizəd iştirak edib.
Trend xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi vəRegional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internetsaytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq. Keçidbalını toplamış və vakansiya seçimi etmiş namizədlər müsahibəmərhələsinə dəvət olunacaqlar.
Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimetmə,məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq, peşəyəyanaşma və dəyərlər istiqamətlərində suallar təqdim ediləcək.
Müsahibə mərhələsində uğur qazanan və test imtahanında ən yüksəknəticə göstərən namizədlər işə qəbul ediləcək, uğur qazanmış digəriştirakçılar isə ehtiyat siyahısında saxlanılacaq.