AZ

Tramp Putinlə görüşünü ləğv etdiyini təsdiqlədi və Rusiyaya ilk sanksiyaları elan etdi - “Rosneft” və “Lukoyl”


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini təsdiqləyib.

"Putinlə görüşü ləğv etdik. Bunun düzgün olmadığını hiss etdim. Məqsədimizə çata biləcəyimizi düşündüm, ona görə də onu ləğv etdim. Amma gələcəkdə bunu reallaşdıracağıq" - NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı danışan Tramp deyib.

Tramp Putinlə sammiti ləğv etdiyini açıqlamadan əvvəl bir sıra sanksiyalar elan edilib. Belə ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın “sülh prosesinə ciddi maraq göstərmədiyini” əsas gətirərək “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib.

Nazirliyin açıqlamasına görə, sanksiyalar iki enerji nəhəngi ilə yanaşı, Rusiyanın 34 törəmə müəssisəsini də əhatə edir. Sərəncama əsasən ABŞ-da yerləşən və ya amerikalı fərdlər və qurumları tərəfindən idarə olunan bütün aktivləri dondurur. Vaşinqton müttəfiq ölkələri də sanksiyalara qoşulmağa çağırıb. ABŞ-ın maliyyə naziri Skott Bessent qarşıdakı dövrdə Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin daha da gücləndiriləcəyini bəyan edib.

Bu arada, Tramp “Rosneft” və “Lukoyl”a qarşı sanksiyaların elan edilməsindən sonra Moskvanı atəşkəsə razılaşmağa çağırıb. Tramp özünün “Truth Social” hesabında yazıb: “ABŞ Maliyyə Nazirliyi Rusiyanın iri neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edir və Moskvanı dərhal atəşkəsi qəbul etməyə çağırır”.

TAHİR

Seçilən
55
baki-xeber.com

1Mənbələr