AZ

Almaniya millisinin futbolçusu qayıtdı

“Bavariya”nın və Almaniya millisinin futbolçusu Camal Musiala zədəsini sağaldıb.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb.

Lakin onun oktyabrın 25-də Bundesliqada “Borussiya” (Mönhenqladbax) ilə oyunda iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Musiala iyulda PSJ-yə qarşı görüşdə Donnarumma ilə toqquşaraq ayaq sümüyünü sındırmışdı.

Seçilən
98
1
idmanxeber.az

2Mənbələr