Jurnalist Əfqan Sadıqov Tbilisidə saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə dünən onun həyat yoldaşı Sevinc Sadıqova sosial şəbəkədə məlumat verib.
Bildirilib ki, Sadıqov Tbilisi Şəhər Məhkəməsinin hökmü ilə 14 sutka həbs edilib. O, Tbilisidə keçirilən mitinq zamanı yolu qanunsuz olaraq bağlamaqda təqsirli bilinib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda Azel TV-nin direktoru Əfqan Sadıqova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb. O, ölkədə olmadığı üçün beynəlxalq axtarışa verilib. 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana gedib və orada məskunlaşıb. Sadıqov ötən ilin avqustunda Tbilisidə həbs edilib. Azərbaycan hüquq-mühafizə orqanları Sadıqovun Gürcüstandan ekstradisiyasını tələb edib. Gürcüstan məhkəməsi onu bu ilin aprelində azadlığa buraxıb.