AZ

Yasamaldakı dəhşətli qətl: Oğul atasını bıçaqlayaraq öldürdü - MƏHKƏMƏ

Ajans.az xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anası Arzu Əmirova şahid qismində ifadə verib. O bildirib ki, mərhum həyat yoldaşı spirtli içki və narkotik maddə aludəçisi olub: "Hadisə baş verən gün yoldaşım evdə səs-küy saldı. Oğlum Murad yatmışdı, səsə ayılıb atasına sakit olmasını dedi. Nizami isə aşağı düşüb dəmir parçasını götürərək Muradı döyməyə başladı. Oğlumun başı qan içində idi. Bundan sonra Murad mətbəxdən bıçağı götürüb atasına zərbələr endirdi".
Seçilən
60
Ajans.az

1Mənbələr