AZ

Türkiyə Livan ordusunun döyüş qabiliyyətini artıracaq

Ankara BMT mandatı çərçivəsində Livandakı fəaliyyətini davam etdirəcək…

Poliqon xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Livan ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində dəstəyin davam etdiriləcəyini açıqlayıb. Nazirliyin bəyanatına görə, bu yardım Türkiyə Silahlı Qüvvələrinin Livanda yerləşdirilməsinə dair mandatın daha iki il müddətinə uzadılması çərçivəsində həyata keçiriləcək.

Reuters-in məlumatına əsasən, Türkiyə parlamenti çərşənbə axşamı qəbul etdiyi qanun layihəsi ilə ölkənin Suriyaİraqda yerləşdirilən hərbi kontingentinin mandatını üç il, Livandakı BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindəki türk sülhməramlılarının mandatını isə iki il uzadıb.

Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur ki, “regionda təhlükəsizlik şəraitinin yaxşılaşdırılması, sabitliyin təmin edilməsi və Livan Silahlı Qüvvələrinin potensialının artırılması istiqamətində səylər davam etdiriləcək. Məqsəd Livanda sülhün bərqərar olunması və qorunmasıdır.”

NATO üzvü olan Türkiyə, İsrail ilə HƏMAS arasında atəşkəsə gətirib çıxaran vasitəçilik danışıqlarında mühüm rol oynamışdı. Ankara İsrailin Qəzza zolağında və regionun digər ölkələrində, o cümlədən Livanda apardığı hərbi əməliyyatları sərt şəkildə pisləyərək bildirib ki, “İsrailin soyqırım xarakterli və ekspansionist siyasəti regional sülh üçün ən böyük təhdiddir.”

Bununla yanaşı, Türkiyə Müdafiə Nazirliyi həftəlik brifinqində vurğulayıb ki, Suriyaİraqda uzadılan hərbi mandatlar Türkiyənin milli təhlükəsizliyinin qorunmasına, həmçinin bu ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərin qarşısının alınmasına xidmət edir.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr