QHT.az xəbər verir ki, iPhone-un uzun müddət doldurulmasının bir neçə səbəbi var, lakin bu üsullar telefonunuzu daha tez enerjiləndirməyə kömək edir:
-
Yeni şarj cihazı istifadə edin – 20W və ya daha güclü USB-C adapter ilə 50%-i 30 dəqiqədə doldura bilərsiniz.
-
Sürətli simsiz şarj – 15Vt və ya daha güclü şarj cihazı seçin.
-
Kompüterdən istifadə etməyin – USB portlar divar rozetkası qədər güclü deyil.
-
Şarj zamanı telefonu istifadə etməyin – oyun və videolar doldurmanı ləngidir.
-
Telefonu söndürün – arxa planda işləyən proqramlar şarjı yavaşladır.
-
Təyyarə rejimi – Wi-Fi, Bluetooth və rabitəni söndürərək sürəti artırır.
-
Enerjiyə qənaət rejimi və ekran parlaqlığını azaltmaq – fon proqramları və enerji istehlakını azaldır.
-
Optimallaşdırılmış batareya doldurmasını deaktiv edin – bu funksiya gecə şarjında faydalıdır, sürətli doldurma üçün əks təsir göstərə bilər.
-
Batareyanın sağlamlığını yoxlayın – zədələnmiş batareya daha yavaş doldurur, lazım olduqda dəyişdirin.
R. İmanov