AZ

Tacikistan 4000 tələbəni terrorçulara qoşulmasın deyə ölkəyə qaytarıb

Tacikistan hakimiyyəti 4000-dən çox tələbənin terror təşkilatlarına qoşulmasının qarşısını almaq üçün onları ölkəyə qaytarıb. 

Ölkə.Az xəbər verir ki, bu məlumatı Düşənbədə MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə üçüncü konfransında çıxışı zamanı Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov deyib.

“Onların terrorçu və ekstremist qruplaşmalara qoşulmasının qarşısını almaq üçün terror təşkilatları və xarici dini təhsil müəssisələrinin hədəfinə çevrilmiş 4 mindən çox tacikistanlı tələbə vətənlərinə qaytarılıb”, - komitə sədri deyib.

Mürtəza

Seçilən
101
2
olke.az

3Mənbələr