UFC-nin qalmaqallı ulduzu Konor Makqreqor UFC 322 qarşılaşmasından əvvəl Cek Della Maddalenaya motivasiya dolu mesaj göndərib.
Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, İslam Maxaçev bu çəki dərəcəsində Maddalena üçün ciddi təhlükə yaratmır.
Makqreqorun mesajı belə olub:
“Bu çəki dərəcəsində onunla işin asan olacaq. Bitirici zərbələri və mövqe hissi yoxdur. Ən yaxşı halda bir kürək çantası qədər təsirlidir. Qorxulu heç nə yoxdur. Qorxma! Sakit ol, fiziki hazırlığına güvən və vəhşi ol. Beş raund ərzində onu nokauta salarsan.”
Bu sözlər BJJ mütəxəssisi Kreyg Cons vasitəsilə Maddalenaya çatdırılıb. Cons Maddalenanın grappling bacarıqlarını inkişaf etdirmək üçün onunla çalışır və daha əvvəl Aleksandr Volkanovski ilə də əməkdaşlıq etmişdir.
UFC 322 haqqında qısa məlumat:
Tarix: 15 noyabr 2025
Məkan: Madison Square Garden, Nyu-York
Döyüş: Cek Della Maddalena vs İslam Maxaçev (Welterweight titul döyüşü)