AZ

Medvedev: Miqrantlar dərhal vətənlərinə qayıtmalıdırlar

BAKI, 23 oktyabr. TELEQRAF

"Qeyri-qanuni miqrantlarla bağlı Rusiya cəmiyyətində ciddi gərginlik var".

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün MAX kanalında bildirib.

O əlavə edib ki, miqrasiya siyasəti sahəsində Rusiyanın bir sıra regionlarında müşahidə olunan sosial və səhiyyə sektorlarına yükü minimuma endirmək lazımdır.

Medvedev qeyd edib ki, miqrantlar ciddi şəkildə əmək məcəlləsinə uyğun olaraq Rusiya ərazisində qalmalı və ya dərhal ölkəni tərk edərək öz vətənlərinə qayıtmalıdırlar.

"Biz ölkəmizə əcnəbi işçi qüvvəsinin cəlb edilməsi mexanizmlərini təkmilləşdirməliyik. Hər şeydən əvvəl, əməkçi miqrantların mütəşəkkil şəkildə işə cəlb edilməsi üçün səmərəli sistem lazımdır", - o deyib.

Seçilən
106
teleqraf.com

1Mənbələr