Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
London, 23 oktyabr, AZƏRTAC
Böyük Britaniya Tibb Assosiasiyası İngiltərədə fəaliyyət göstərən rezident həkimlərin noyabrın 14-19-da tətil edəcəklərini açıqlayıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, həkimlər əməkhaqqı və iş yerləri ilə bağlı beş gün etiraz aksiyası keçirirəcəklər.
Assosiasiya bəzi həkimlərin iş tapa bilmədiyini, xəstəxanalarda növbələrin boş qaldığını və xəstələrin gözləmə siyahılarında uzun müddət qalmağa məcbur olduqlarını qeyd edib.
Rezident həkimlər milli səhiyyə xidmətində çalışan həkimlərin təxminən yarısını təşkil edir.
Assosiasiyadan bildirilib ki, onların maaşının artırılması təcrübəli kadrların ölkəni tərk etməsinin qarşısını ala bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.