Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq. Avtosfer.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir. 
 Qeyd edək ki, indiyədək elektrik avtomobillərlə yanaşı hibrid və plug-in hibrid avtomobillər ƏDV-dən azad idi. Yeni qərarla isə 2026-cı ildən bu güzəşt yalnız elektrik mühərrikli avtomobillərə şamil olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
 
                        