Məşhur aktrisa İrem Helvacıoğlu dəhşətli yol qəzası keçirdib.https://Sonxeber.az/378443/basimda-aldigim-zerbe-sebebile-yaranan-yarama-10-12-tikis-atildi-irem-helvacioglu
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Helvacıoğlu, İstanbulun Bağdat Caddəsində həyat yoldaşı Ural Kaspar və körpələri ilə piyada gəzdiyi zaman, bir avtomobilin qəza törətməsi nəticəsində motosikletin onlara çırpması ilə üzləşib.
Qəzanın ardından Ural Kaspar sosial media hesabından etdiyi paylaşımda "Şükürlər olsun, hər kəsin vəziyyəti yaxşıdır" sözləri ilə izləyicilərini rahatlatdı. Lakin İrem Helvacıoğlu yaşadıqları dəhşətli anları və sağlamlıq vəziyyətini daha sonra Instagram hesabında paylaşdığı uzun mesajla bölüşdü.
Aktrisa açıqlamasında bildirdi:
"Yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verən qəza ilə, evimizə gedərkən piyada olduğumuz halda təsadüfən biz də qarşılaşdıq. Arxamızda gedən bir avtomobil ilə motosiklet toqquşdu və motosiklet sürətlə bizi, piyada olduğumuz üçün, sanki biçərək vurdu".
Helvacıoğlu hadisə anında körpəsini qucağında tutduğunu qeyd edərək dedi:
"Sora qucağımdaydı və onu möhkəm tutduğum üçün yıxılarkən başımı vurdum. Başımdan aldığım zərbə səbəbilə yaranan yarama 10-12 tikiş atıldı. Daha əvvəl yaşadığım qəza səbəbi ilə əl sinirimdə yaranan zədə yenidən təkrarladı".
O, həmçinin həyat yoldaşı Ural Kasparın da qəza zamanı yaralandığını və yıxılmağı nəticəsində əlillik yaşadığını açıqladı. Ən böyük şükürlərinin qızlarını qoruyub saxlaya bilmələri olduğunu vurğulayan aktrisa belə dedi:
"Qəzaya qarışan və yaralanan hər kəsə şəfa diləyirik. Lakin bu hadisə bir daha göstərdi ki, yolda qaydalara əməl etməmək nə qədər ağır nəticələrə səbəb ola bilər".

