AZ

Art Weekend zamanı “Suyun sirri” pantomim tamaşanın premyerası olacaq (VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı,Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləkeçiriləcək Art Weekend zamanı başlıca element seçilən su müxtəliftəqdimatların əsas mövzusu olacaq.

Belə təqdimatlardan biri də Daş Salnamə Muzeyində təşkilolunacaq. Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviqedən Art Weekend çərçivəsində “Suyun sirri” pantomim tamaşasıtəqdim ediləcək. Tamaşa xüsusi olaraq “Bakıya Uçuş. İncəsənətHəftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün hazırlanıb.Azərbaycanın Xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayevinmüəllifi olduğu layihə insan və su arasındakı əbədi bağlılığıtəsvir edir.

Pərviz Məmmədrzayevlə yanaşı layihəyə 7 aktyor cəlb edilib.Tamaşada insanların həyatın mənbəyi hesab olunan su axtarışlarısəhnələşdirilir. Tamaşanın premyerası noyabrın 1-də olacaq.

31 oktyabr - 2 noyabr tarixlərində paytaxtda keçiriləcək ArtWeekend layihəsinin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.

Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, birşəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləribir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyətpaytaxtı kimi təqdim etməkdir.

Seçilən
76
4
az.trend.az

5Mənbələr