AZ

Miqrantlara qarşı pis rəftar ağır cinayətdir - Roma Papası

Bakı. Trend:

Vatikan şəhərində keçirilən “Dünya Hərəkatları” görüşündə çıxışedən Roma Papası XIV Leo miqrantlara qarşı edilən pis rəftarı “ağırcinayət” adlandırıb.

Trend bu barədə xarici KİV-əistinadən xəbər verir.

O bildirib ki, sığınacaq axtaran insanlara yardım etməkhökumətlərin mənəvi borcudur və bu məsələ yalnız siyasi deyil, həmdə vicdan məsələsidir.

“Zəif vəziyyətdə olan miqrantlara edilən pis rəftar, millisuverenliyin müdafiəsi deyil, bu, dövlət səviyyəsində törədilən vəya səssiz şəkildə dəstəklənən cinayətdir,” – deyə Papavurğulayıb.

Onun sözlərinə görə, bəzi ölkələr miqrantlara qarşı sərt vəqeyri-insani tədbirləri “siyasi uğur” kimi təqdim edirlər.

Papa Leo, həmçinin dünyada artan bərabərsizlik, dərmanşirkətlərinin ədalətsiz gəlirləri, uşaq əməyinin istismarı vəəhalinin zorla köçürülməsi kimi problemlərə də diqqət çəkib.

Katolik kilsəsinin rəhbəri vurğulayıb ki, miqrantlaramünasibətdə insanlıq və mərhəmət prinsiplərinin qorunması yalnızkilsənin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir.

Məqalədə:
Seçilən
121
5
az.trend.az

10Mənbələr