“Bavariya” klubunun qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında ən çox qələbə qazanan qolkiper olub.
90deqiqe.Az-ın məlumatına görə, ötən gecə keçirilən oyunda Münhen təmsilçisi 39 yaşlı alman qolkiperin iştirakı ilə “Brügge”ni 4:0 hesabı ilə məğlub edib.
Bu qələbə Noyer üçün Çempionlar Liqasında 102-ci olub və bu nəticə ilə o, Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyası geridə qoyaraq rekordun yeni sahibi adını qazanıb.
Manuel Noyer 2011-ci ilin yayından “Bavariya”nın heyətində çıxış edir. Təcrübəli qolkiper cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxıb və 13 qol buraxıb.