AZ

''Beşiktaş'' topu rəqibə verib 3 xalı özünə götürdü

Türkiyə çempionatında 3-cü turdan təxirə salınan iki oyun baş tutdu.

"Football-plus.az" xəbər verir ki, ''Çaykur Rizəspor''la ''İstanbul BŞ''nin duelində qapılara qol vurulmadı.

Ötən həftəsonu evdə debütant ''Gənclərbirliyi''nə uduzmaqla fiaskoya uğrayan ''Beşiktaş'' bu dəfə Konya səfərində 2 cavabsız qol vuraraq fanatlarını sevindirdi. Komandaya qələbəni Uilfrid Ndidi və Tammi Abrahamın qolları qazandırdı. ''Qartal'' xalını 16-ya yüksəltdi və hazırda lider ''Qalatasaray''dan 9 xal geridədi.

Maraqlıdı ki, ''ağ-qaralar'' daha öncə ''Konyaspor''a qarşı çərşənbə gününə təsadüf edən oyunlarda qələbəyə həsrət qalmışdı. ''Qartal'' 2016-nın mayın 18-də 1:2 məğlub olmuşdusa, 2023-ün iyunun 7-dəki oyun 3:3-lük bərabərliklə yekunlaşmışdı.

Matçın ən diqqətçəkən məqamı Sərgən Yalçının komandasının 90 dəqiqə ərzində topa cəmi 29 faiz nəzarət etməsi oldu. ''Beşiktaş'' 2014-cü ildən bu yana qalib gəldiyi oyunlar arasında topa ən az sahib olduğu matçını keçirdi!

Seçilən
68
1
football-plus.az

2Mənbələr