Bakı. Trend:
Slovakiya Respublikasının Azərbaycandakı səfiri Elçin Qasımovişğaldan azad edilən Ağdam şəhərində aparılan yenidənqurmaişlərinin sürətini yüksək qiymətləndirib, Slovakiya ilə Azərbaycanarasında tərəfdaşlığın möhkəmləndiyini qeyd edib.
Trend-in məluamtına görə, bu barədə E.Qasımov sosial şəbəkəhesablarında yazıb.
"Bu gün gözəl Ağdamda biz yenidənqurma işlərinin necə sürətləgetdiyini, bir vaxtlar işğal nəticəsində xarabalığa çevrilmişərazilərə həyatın necə qayıtdığını öz gözləri ilə gördük", deyəpaylaşımda bildirilib.
O, Baş Qərvənddə Slovakiyanın “ağıllı kəndi” layihəsinin artıqhəyata keçirildiyini qeyd edərək, bunu uğurlu ikitərəfliəməkdaşlığın bariz nümunəsi adlandırıb.
Diplomat iki ölkə arasında genişlənən əlaqələrdən qürurduyduğunu da bildirib: “Mən Slovakiya ilə Azərbaycan arasında artantərəfdaşlıq və bunu mümkün edən komandalarla fəxr edirəm”.