“Borussiya Dortmund”un hücumçusu Serhou Girassinin müqaviləsindəki sərbəstqalma məbləği ilə bağlı yeni detallar məlum olub.
Offsideplus.az xəbər verir ki, futbolçunun sərbəstqalma qiyməti əvvəlcə 50 milyon avro olaraq göstərilsə də, bu maddə yalnız Avropanın müəyyən klubları üçün keçərlidir.
Bu klublar:
"Real Madrid"
"Barselona"
"Mançester Yunayted"
"Mançester Siti"
"Arsenal"
"Çelsi"
"Liverpul"
Səudiyyə Ərəbistanı klubları üçün isə onun sərbəstqalma məbləği 80 milyon avroya qədər artır.