AZ

Tramp Si ilə Çin-Rusiya enerji əməkdaşlığını müzakirə edəcək

Görüşdə Ukrayna müharibəsi, nadir metalllar və nüvə sazişi də gündəmdədir…

Poliqon xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp yaxın günlərdə Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşdə Pekinin Rusiya nefti alışlarını və Ukraynada müharibənin dayandırılması yollarını müzakirə etməyi planlaşdırır. Bloomberg Agentliyinin məlumatına görə, Tramp hesab edir ki, Si “Vladimir Putinə böyük təsir göstərə bilər”.

Tramp həmçinin nadir torpaq metalları, ABŞ-dan soya paxlası idxalının bərpası və nüvə arsenalının azaldılması üzrə sazişin yenilənməsi məsələlərinin də gündəmdə olacağını bildirib. “Düşünürəm ki, biz hər mövzu üzrə razılıq əldə edəcəyik”, – deyə Tramp vurğulayıb.

Müşahidəçilər bu görüşü ABŞ və Çin arasında həm iqtisadi, həm də geosiyasi münasibətlərdə yeni mərhələ kimi qiymətləndirirlər. Ekspertlərin fikrincə, tərəflər arasındakı dialoq qlobal enerji bazarlarına, ticarət siyasətinə və beynəlxalq təhlükəsizlik məsələlərinə birbaşa təsir göstərə bilər.

Poliqon.info

Seçilən
105
17
poliqon.info

10Mənbələr