AZ

Bakıxanov qəsəbəsində hər anı təhlükə saçan yol kəsişməsiVİDEO

Gecə saatlarında baş verən qəza Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Şamil Kamilov və Nazim İsmayıl küçələrinin kəsişməsində qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, ilkin ehtimala görə, sürücülərdən biri digərini gözləmədiyi üçün 3 avtomobil toqquşub. Bu görüntülər də hadisə baş verəndən cəmi bir neçə saniyə sonra çəkilib. Sakinlərin sözlərinə görə, məhz bu kəsişmədə daim təhlükə olur. Yüksək sürət və hərəkət intensivliyi qəzalara şərait yaradır.

Sözügedən küçədə sürücülərin bir-birini gözləməməsi, piyada axını və tənzimləyici vasitələrin çatışmazlığı vəziyyəti daha da çətinləşdirir.

Ərazidə yaşayan sakinlər deyirlər ki, sözügedən problemlə bağlı aidiyəti qurumlara da müraciət ediblər. Ancaq real nəticə hələki yoxdur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, paytaxt yollarında mütəmadi monitorinqlər aparılır və işıqforların quraşdırılması zamanı hərəkətin intensivliyi əsas götürülür.

Qeyd edilən küçələrdə də təhlillər aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
89
1
xezerxeber.az

2Mənbələr