AZ

Salyanda faciə yaşanıb – ata və oğlu bir gün içində dünyasını dəyişdi » AzadMedia.az



Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən “Azərenerji” ASC-nin iki əməkdaşını vurub. Qəza nəticəsində Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayonunun Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Mehdiqulu Allahyar oğlu Manafov hadisə yerində həyatlarını itiriblər.

Faciə bununla bitməyib – hadisə xəbərini eşidən Anar Bayramovun atası, 69 yaşlı Həsənqulu Bayramov qəfil infarkt keçirərək dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.
Seçilən
44
1
azadmedia.az

2Mənbələr