AZ

Rumıniyadan Rusiyaya xəbərdarlıq “Dərhal zərbə endirəcəyik”

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rumıniyanın hava məkanına icazəsiz daxil olan istənilən Rusiya pilotsuz uçuş aparatı (PUA) dərhal vurulacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri İonut Mosteanu bildirib.

Mosteanu Buxarestdəki parlament binasında Müdafiə Nazirliyinin ötən gecə vəziyyəti izləmək və Rumıniyanın Ukrayna ilə sərhədi yaxınlığında pilotsuz uçuş aparatlarını aşkar etmək üçün iki F-16 qırıcısı yerləşdirməsini şərh edib.

“Dünən gecə yenə sərhədlərimizə çox yaxın olan PUA-lar var idi. Bu səbəbdən də qırıcı təyyarələrimizi yenidən aktivləşdirdik”, - deyə müdafizi vurğulayıb.

Mosteanu Rusiyaya məxsus PUA-ların Rumıniyanın hava məkanını pozacağı təqdirdə, hökumətinin hansı addımı atacağı barədə sualı belə cavablandırıb: “Zərbə əmri mütləq veriləcək. Rumıniyanın hava sahəsinə icazəsiz girən rus PUA-ları dərhal vurulması əmri var”.

İsgəndər Həsənov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
525.az

1Mənbələr