Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş hələ də mümkündür, lakin bu, nəzərəçarpacaq müsbət nəticə verməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdəki görüşünü ləğv etdiyini açıqlayıb. Bundan başqa, Tramp yeni anti-Rusiya sanksiyalarının tətbiqini elan edib.
Eyni zamanda, Amerika prezidentinin sözlərinə görə, Ukraynada münaqişənin həlli prosesi “olduqca yaxşı” gedir.