İsrail işğal altındakı İordan çayının qərb sahilini ilhaq edəcəyi təqdirdə ABŞ-nin bütün dəstəyini itirəcək.Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, “Time” jurnalına müsahibəsində İsrail parlamentinin İordan çayının qərb sahili ilə bağlı səsverməsinə münasibət bildirib. Tarmp məsələ ilə bağlı suala, "Belə olmayacaq, bu olmayacaq. Ərəb ölkələrinə söz verdiyim üçün bu olmayacaq. İndi bunu edə bilməzsiniz. Belə getsə, İsrail ABŞ-ın bütün dəstəyini itirəcək", - deyə bildirib. Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens işğal altındakı İordan çayının qərb sahilinin ilhaqına dair qanun layihəsinin İsraildə olarkən qəbulunun təhqiramiz olduğunu, Tramp administrasiyasının buna qarşı olduğunu bildirmişdi.