AZ

ABŞ bizim düşmənimizdir və…- Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Budapeştdə keçirilən Rusiya-Amerika sammitinin ləğvini və ABŞ-ın yeni sanksiyalarını “Rusiyaya qarşı müharibə aktı” adlandırıb.

O bildirib ki, “ABŞ bizim düşmənimizdir və onların danışıq “sülhməramlısı” artıq tam şəkildə Rusiyaya qarşı müharibə yoluna çıxıb… Bəli, o, heç də həmişə bander Kiyevinin tərəfində fəal mübarizə aparmır, lakin bu, indi onun münaqişəsidir”.
Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, ABŞ prezidenti Donald Tramp hazırda Aİ ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tam dəstəkləyir. Bununla belə, o, əlavə edib ki, bunun “aşkar üstünlüyü” var: “Biz lazımsız danışıqları nəzərə almadan Kiyevin bütün gizləndiyi yerləri müxtəlif silahlarla vura bilərik”.

Qeyd edək ki, oktyabrın 23-nə keçən gecə Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv edib. ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni məhdudiyyətlərin, o cümlədən Rosneft və LUKOIL-a qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
72
editor.az

1Mənbələr