AZ

Ağ Ev Rusiyaya qarşı sanksiyaların vaxtının çatdığını bəyan etdi

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiya tətbiq etmək qərarına gəlib, çünki lazım olan vaxt gəlib çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib.

"Prezident Rusiyaya qarşı sanksiyaları məqsədəuyğun və zəruri hesab etdiyi zaman tətbiq edəcəyini bildirib. Dünən həmin gün idi", - Ağ Evin sözçüsü bildirib.

O həmçinin bildirib ki, Amerika lideri həm Moskva, həm də Kiyevin münaqişəsinin həlli üçün fəaliyyətsizliklərindən narazıdır.
Levittin sözlərinə görə, Tramp inanır ki, etibarlı sülh razılaşması üzrə danışıqların əldə olunması üçün “hər iki tərəf öhdəliklərinə sadiq olmalıdır”.

“Təəssüf ki, Rusiya son vaxtlar sülh prosesində irəliləməyə kifayət qədər maraq göstərmir”, o əlavə edib.

Oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” neft şirkətlərinə qarşı yeni anti-Rusiya sanksiyaları tətbiq etdiyini açıqlayıb. Departament qeyd edib ki, bu təşkilatlar Rusiyanın enerji sektorunda fəaliyyətlərinə görə sanksiyalar siyahısına daxil edilib.

Seçilən
71
teleqraf.com

1Mənbələr