Bart de Vever Avropa İttifaqının Ukraynaya yardım planını iflasa uğradıb...
Poliqon xəbər verir ki, Politico-nun məlumatına görə, Belçikanın baş naziri Bart de Vever “barışmaz mövqe” nümayiş etdirərək Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadəyə dair razılaşmanı pozub. Nəşrin yazdığına əsasən, onun bu qərarı Avropa məmurlarının aylarla üzərində işlədiyi planları dalana dirəyib.
Euractiv portalının məlumatına görə, de Vever bəyan edib ki, əgər Rusiya aktivlərinin müsadirəsindən doğan maliyyə və hüquqi risklər üzv ölkələr arasında bölüşdürülməsə, o, Ukraynaya yeni Aİ krediti üçün əlinə düşən hər imkandan istifadə edərək blok yaradacaq. Baş nazir həmçinin digər Aİ dövlətlərini də Moskvaya pulların qaytarılması zərurəti yaranarsa, bunun üçün maliyyə zəmanətləri təqdim etməyə çağırıb.
Poliqon.info