AZ

“Qo Ehed İqls” “Aston Villa”ya üstün gəlib - VİDEO

UEFA Avropa Liqasının 3-cü turunda Niderlandın “Qo Ehed İqls” klubu “Aston Villa”nı qəbul edib.

İdman.Biz bildirir ki, oyunda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Dördüncü dəqiqədə Evann Quessan qonaqları hesabda önə keçirib, 42-ci dəqiqədə Matis Süre hesabı bərabərləşdirib. 61-ci dəqiqədə isə Mats Deyl qələbə topunu vurub.

Bu oyundan sonra “Qo Ehed İqls” altı xal toplayıb, “Aston Villa”nın da altı xalı var.

Növbəti turda “Qo Ehed İqls” noyabrın 6-da səfərdə “Zalzburq”la, “Aston Villa” isə həmin gün “Makkabi Təl-Əviv”lə oynayacaq.

İdman.Biz

Seçilən
41
1
idman.biz

2Mənbələr