Venesuelada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki pilot və sərnişin həlak olublar. Avtosfer.az xəbər verir ki , bu barədə "ABC Noticias" məlumat yayıb. Qeyd olunur ki, hadisə San-Kristobal şəhərinin Paramillo hava limanında baş verib. Məlumata görə, təyyarə havaya qalxan zaman pilot idarəetməni itirib. Nəticədə təyyarə uçuş-enmə zolağının yaxınlığına düşərək, alovlanıb. Yerli mətbuatın paylaşdığı görüntülərdə təyyarənin havaya qalxmağa başladığı, sonra isə havada çevrildikdən sonra yerə çırpıldığı və partladığı görünür.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta