UEFA Avropa Liqasının 3-cü turunda Fənərbaxça, Almaniyanın Ştutqart klubunu Kerem Aktürkoğlunun penalti qoluyla 1-0 hesabı ilə məğlub edib. Hakim qərarlarının damğa vurduğu qarşılaşmadan sonra sarı-göylər ardıcıl ikinci qələbəsini qazanaraq xallarını 6-ya yüksəldib.
Milli.Az xəbər verir ki, matç Türkiyə təmsilçisinin meydanında - Çobani Stadionunda keçirilib. Fənərbaxçanın yeganə qolunu 34-cü dəqiqədə penalti zərbəsindən Kerem Aktürkoğlu vurub.
11-ci dəqiqədə arxa dirəyə hərəkət edən Kerem Aktürkoğlunun baş zərbəsini qapıçı Nübel dəf edib.
20-ci dəqiqədə Stutqartlı futbolçu Bilal El Khannouss Fənərbaxçalı Edson Alvarezi kobud şəkildə dayandırıb. O, sarı vərəqə alsa da, Fənərbaxça oyunçuları VAR-dan qırmızı vərəqə müdaxiləsi gözlədilər, lakin hakim Yakob Kehlet oyunu davam etdirib.
21-ci dəqiqədə Asensionun ötürməsi ilə cərimə meydanına daxil olan En-Nesyrinin zərbəsini Nübel çətinliklə qaytarıb. Topu ələ keçirən Kerem, Semedoya ötürüb, lakin onun uzaq məsafədən zərbəsini də qapıçı zərərsizləşdirib.
31-ci dəqiqədə Keremin sol küncdən yerinə yetirdiyi künc zərbəsi zamanı Skriniar rəqibin müdaxiləsi ilə yerdə qalıb. Hakim, Stillerin faul etdiyini müəyyənləşdirərək penalti nöqtəsini göstərib.
34-cü dəqiqədə topun arxasına keçən Kerem Aktürkoğlu, zərbəsini qapıçıdan fərqli istiqamətə göndərərək Fənərbaxçanı önə keçirib - 1:0.
60-cı dəqiqədə Fənərbaxça bir daha penalti qazanıb. Nenenin cərimə meydanında yıxılması sonrası verilən qərar VAR yoxlamasından sonra ləğv olunub - epizodun əvvəlində En-Nesyri ofsaytda idi.
66-cı dəqiqədə bu dəfə Ştutqart penalti qazandı, lakin VAR-dan sonra Edson Fernandesin rəqibə yox, topa müdaxilə etdiyi müəyyən edildi və penalti qərarı ləğv edildi.
Qarşılaşmanın qalan hissəsində hesab dəyişmədi və Fənərbaxça vacib qələbə qazandı.
Bu nəticə ilə Fənərbaxça 6 xal, Ştutqart isə 3 xalda qaldı.
Avropa Liqasının növbəti turunda Fənərbaxça öz meydanında Ferençvaroşu, Ştutqart isə Feyenoordu qəbul edəcək.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)