Türkiyədə İzmir vilayətinin üç şəhəri - Foça, Karaburun və Aliağa su altında qalıb.
Publika.az xəbər verir ki, bu barədə yerli "Hürriyet" nəşri məlumat yayıb.
“İzmirin Foça bölgəsində küçə və prospektlər göllə çevrilib, bəzi avtomobillər gölməçələrdə ilişib qalıb. Bölgədə güclü yağışlar dayandıqdan sonra bələdiyyə xidmətləri suyun çəkilməsi işlərinə başlayıb”, — deyə məlumatda bildirilib.
Qeyd olunub ki, yerli sakinlər bələdiyyənin işinin operativliyindən narazılıq ifadə ediblər.