İllinoys qubernatorluğuna namizəd Darren Beylinin oğlu, gəlini və iki nəvəsi helikopter qəzasında həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçinin komandası "X" sosial media platformasında yayımlanan açıqlamada bildiriblər.
“Çərşənbə axşamı Darren və həyat yoldaşı Sindi heç bir valideynin eşitmək istəmədiyi ürəkağrıdıcı xəbər aldılar. Onların oğlu Zakari, həyat yoldaşı Kelsi və iki azyaşlı övladı - 12 yaşlı Vada Rouz və 7 yaşlı Samuel Montana ştatında helikopter qəzasında faciəvi şəkildə ölüblər”, - deyə məlumatda qeyd olunub.
Beylinin digər nəvəsi 10 yaşlı Finn helikopterdə olmayıb.