AZ

Suriya DİN media işçilərinə qarşı sui qəsd planlaşdıran şəxsləri həbs edib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Suriyanın Daxili İşlər Nazirliyi Latakiya əyalətində media işçilərinə və fəallara qarşı sui-qəsd planlaşdıran terror qruplaşması üzvlərinin tutulması üçün əməliyyat keçirib.

APA xəbər verir ki, bu barədə nazirliyin “Facebook” hesabında dərc olunmuş bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, təhlükəsizlik qüvvələri terrorla mübarizə idarəsi ilə birlikdə dəqiq əməliyyat keçirə bilib və nəticədə vilayətdə sabitliyi pozmaq məqsədi ilə media işçilərinə və tanınmış simalara qarşı sui-qəsdlər planlaşdıran terror təşkilatı üzvləri həbs edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ilkin araşdırma nəticəsində həmin şəxslərin Suriyanın sabiq prezidenti Bəşər Əsədin əmisi oğlu Rami Məxluf tərəfindən maliyyə dəstəyi aldığı məlum olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
128
2
apa.az

3Mənbələr