Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Türkiyə vaxtı ilə 22:08-da qeydə alınıb.
Zəlzələnin 7,11 km dərinlikdə baş verdiyi bildirilib.