AZ

Hindistanda yağış yağdıran texnologiya sınaqdan keçirildi

BAKI, 23 oktyabr. TELEQRAF

Yeni Dehlidə yağış yağdıran tenologiya uğurla sınaqdan keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə paytaxt meri Rekha Qupta bildirib.

"Dehlidə ilk dəfə olaraq bulud səpməklə süni yağış yaratmaq üçün hazırlıqlar tamamlandı və bu, paytaxtın havasının çirklənməsinə qarşı mübarizəsində əsas texnoloji mərhələdir" - deyə, mer bildirib.

Oktyabrın 28-dən 30-dək Dehlidə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, oktyabrın 29-da isə süni yağışın yağacağı gözlənilir.

Seçilən
74
teleqraf.com

1Mənbələr