Türkiyənin turizm şəhəri Antalyada yağan güclü yağışlar fəsadlara səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, qısa müddətdə yağan leysan nəticəsində şəhərin bir çox küçə və prospektləri suyun altında qalıb.
Yağışın intensivliyi o qədər yüksək olub ki, bəzi ərazilərdə yollar adətən gölə çevrilib. Avtomobillər hərəkət edə bilməyib, sürücülər yollarda çətin vəziyyətdə qalıb.