BAKI, 24 oktyabr. TELEQRAF
ABŞ yaxın gələcəkdə Latın Amerikasında narkokartellərə qarşı yerüstü əməliyyatlar həyata keçirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə söhbətində bildirib.
O, bu məsələni Senat və Konqreslə müzakirə edə biləcəklərini əlavə edib.
Trampın sözlərinə görə, məhz qarşı tərəf üçün yerüstü yollarla narkotik daşınmasının qarşısını almaq daha təhlükəli və effektiv olacaq.
“Biz bəlkə Senata, Konqresə gedib onlara bunu izah edəcəyik… Torpaq yolu ilə daşınan narkotiklər üçün bu (Amerika əməliyyatları) daha təhlükəlidir. Bu, daha təhlükəli olacaq. Tezliklə bunu görəcəksiniz”, - o vurğulayıb.