AZ

Nikola Sarkozini hədələyən dustaqlarla bağlı təhqiqat aparılır

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanada dustaqlar tərəfindən pis qarşılanıb.

AZƏRTAC xəbər verir ki, birinci gecə baş vermiş gərginlik ötən gecə də davam edib. Keçmiş dövlət başçısı fitə basılıb, təhqir edilib.

Həbsxana əməkdaşları kameralarda axtarış apararaq 2 telefon aşkar ediblər. Prokurorluq ölümlə hədələmə maddəsi ilə cinayət işi açıb. Ədliyyə Nazirliyi isə Sarkozini təhdid edən dustaqların bir qisminin karserə salınacağı, digərlərinin isə başqa yerlərə köçürüləcəyini bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
7
azertag.az

9Mənbələr