AZ

“Samsunspor” “Dinamo Kiyev”i böyük hesabla məğlub edib

UEFA Konfrans Liqasının ikinci turunda “Samsunspor” Kiyev “Dinamo”sunu qəbul edib.

İdman.Biz bildirir ki, matç türkiyəlilərin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci dəqiqədə yarımmüdafiəçi Antoni Musaba ev sahiblərini irəli çıxarıb. 34-cü dəqiqədə hücumçu Marius Muandilmaji fərqi artırıb. 62-ci dəqiqədə danimarkalı hücumçu Karlo Hols daha bir qol vurdu – 3:0.

“Dinamo” 0 xalla Konfrans Liqasının turnir cədvəlində 34-cü yerdədir. “Samsunspor” xallarını altıya çatdırıb.

İdman.Biz

Seçilən
132
1
idman.biz

2Mənbələr