Əcnəbilər qəbul edilmiş qərarda göstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər.
Heftelik.az-ın məlumatına görə, bu, Müvəqqəti yerləşdirmə mərkəzlərinin daxili intizam Qaydaları”-nda əksini tapıb.
Mərkəz rəisi müddətin bitməsinə 1 iş günü qalmış Xidmət rəhbərliyinə məlumat verir. Azad edilmə və ya müddətin uzadılması qərarı dərhal icra olunmalıdır. Qərarın düzgünlüyü növbətçi tərəfindən yoxlanılır.