AZ

Kanada və Böyük Britaniya Ukraynaya Rusiya aktivləri hesabına kredit verməyə hazırdır

BAKI, 24 oktyabr. TELEQRAF

Kanada və Böyük Britaniya dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya yeni kredit verilməsi təşəbbüsünə qoşulmağa hazır olduqlarını bildiriblər.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının iqtisadi məsələlər üzrə üzvü Valdis Dombrovskis Strasburqda Avropa Parlamentində çıxışı zamanı bəyan edib.

“Avrokomissiya «Yeddilik qrupu»ndakı tərəfdaşlarla işini davam etdirir. Bizim təklif genişləndirilə bilər, yəni Rusiya aktivləri dondurulmuş digər ölkələr də oxşar yanaşmanı tətbiq edə bilər. Böyük Britaniya və Kanada artıq bu addımı atmağa hazır olduqlarını bildiriblər”, – Dombrovskis qeyd edib.

O əlavə edib ki, bu mexanizm beynəlxalq normaları pozmur və konfiskasiyadan bir qədər fərqli yanaşmadır.

Seçilən
144
teleqraf.com

1Mənbələr