ain.az, Idman.biz portalına istinadən məlumat verir.
İspan tennisçisi və keçmiş dünyanın birinci raketkası Rafael Nadal 5 və 6 noyabr tarixlərində Mayamidə “Kaseyya Mərkəzi”ndə keçiriləcək Amerika Biznes Forumunda (ABF) çıxış edəcək.
İdman.Biz-in xəbərinə görə, bu barədə forumun rəsmi saytında məlumat verilib.
Tədbirin proqramına mədəniyyət, biznes və idman sahələrində nüfuzlu şəxslərin çıxışları daxildir. Nadaldan əlavə, dəvət olunmuş məşhurlar arasında ABŞ prezidenti Donald Tramp, futbolçu Lionel Messi, aktyor Uill Smit və Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino da var.
Nadal karyerası boyunca 22 “Böyük Dəbilqə” titulu və iki Olimpiya qızıl medalı (2008 və 2016) qazanıb. O, 2024-cü ildə karyerasını başa vurub.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.