AZ

Britaniyada gənci milçək dişlədi, iki həftə sonra komaya düşərək öldü

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın Nortamberlend bölgəsində ferma işçisi Endryu Keyn adi at milçəyinin dişləməsi nəticəsində həyatını itirib.

Oxu.Az "Daily Star" nəşrinə istinadən xəbər verir ki, həkimlər əvvəlcə britaniyalı kişiyə antibiotiklər təyin ediblər və onun vəziyyəti qənaətbəxş olub.

Təxminən iki həftə sonra Endryu dostları ilə görüşərkən qəfildən huşunu itirib və təcili şəkildə xəstəxanaya çatdırılıb. Həkimlər ona septik şok diaqnozu qoyublar. Bir neçə həftə komada qalan gəncin həyatını xilas etmək mümkün olmayıb.

"Heç kim milçək dişləməsinin belə bir faciəyə səbəb olacağını təsəvvür edə bilməzdi", - deyə mərhumun anası bildirib.

Endryu fermer ailəsində böyüyüb. O, rəssam və dekorator ixtisası üzrə təhsil alıb. Anasının sözlərinə görə, oğlu hətta ağır vəziyyətdə olarkən belə tibb işçilərinə qayğı göstərib və onlara hədiyyə almaq istəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
oxu.az

1Mənbələr