BAKI, 24 oktyabr. TELEQRAF
Polşanın mərkəzində, Kuyavsko-Pomorsko vilayətinin İnovroslav şəhərində hərbi pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Silah Qrupu (PGZ) sosial şəbəkə "X"də məlumat yayıb.
“23 oktyabrda İnovroslavda Hərbi Aviasiya Zavodu №2-nin pilotsuz uçuş aparatı ilə bağlı hadisə baş verib. Qəza nəticəsində heç kim xəsarət almayıb”, - məlumatda qeyd olunub.
PGZ bildirib ki, zavod nümayəndələri qəzanın səbəblərini araşdırır.